Fələstin yenidən BMT-yə müraciət edəcək
Bizi izləyin

Dünya

Fələstin yenidən BMT-yə müraciət edəcək

Fələstin rəhbərliyi keçən həftə rədd edilmiş "Müstəqil Fələstin dövlətinin qurulmasını nəzərdə tutan layihəni" Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına yenidən təqdim etməyə hazırlaşır.

Publika.az-ın məlumatına görə, Fələstin hökumətinin sözçüsü Nəbil Əbu Rudeyne layihəni yenidən hazırladıqlarını bildirib. O, hesab edir ki, bu dəfə layihə istnilən səsi toplaya biləcək. Çünki BMT TŞ müvəqqəti üzvlərindən 5-nin dəyişməsi və bunlardan 4-nün Fələstin mövzusunda müsbət fikirdə olmasının Fələstin rəhbərliyini hərəkətə gətirdiyi bildirilir.

BMT TŞ-də keçən həftə səsvermədə layihənin əleyhinə səs verən Avstraliya, bitərəf qalan Cənubi Koreya və Ruanda ilə, layihəni dəstəkləyən Lüksemburq və Argentinanın səlahiyyət müddəti 31 dekabr 2014-cü ildə sona çatıb. Bu ölkələri Anqola, Yeni Zelandiya, İspaniya, Malayziya və Venesuela əvəzləyib. Bu 5 yeni ölkədən Yeni Zelandiya xaricində digər ölkələrin Fələstin məsələsində müsbət mövqedə dayandığı bildirilir.

Ona gər də, Fələstin hökuməti BMT-dəki yeni üzvlər sayəsində səsvermədə tarazlığın dəyişəcəyinə ümid edir.

BMT TŞ-də keçirilən səsvermədə ABŞ və Avstraliya 1967-ci il sərhədlərinə görə, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasını nəzərdə tutan qanunun əleyhinə səs vermişdi. İngiltərə, Litva, Nigeriya, Cənubi Koreya və Ruanda bitərəf qalmışdı. Fransa, İordaniya, Çili, Argentina, Çad, Lüksemburq, Çin və Rusiyanın dəstəklədiyi layihənin qəbul edilməsi üçün lazım olan 9 səs toplanmamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm