• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dənizə düşən təyyarə ilə bağlı yeni məlumatlar

  • Dünya
  • 4 Yanvar 2015 08:15
  • 501 Baxış
Dənizə düşən təyyarə ilə bağlı yeni məlumatlar

İndoneziyanın xilasetmə dəstələri AirAsia sərnişin təyyarəsinin axtarışını davam etdirir.

Publika.az xəbər verir ki, İndoneziya rəsmiləri daha 30 cəsədin aşkar edildiyini bildirib. Cəsədlərin əksəriyyətinin təyyaərnin füzelyajından çıxacağı təxmin edilir.

Axtarış komandanın rəhbəri Bambanq Soeltsyo Cava dənizində aşkar edilən 4 cismin ən böyüyünün 18 metr uzunluqda olduğunu bildirib. Şayiələrə görə təyyarə suya qərq olmazdan əvvəl pilot onu suyun üzərinə endirməyə nail olub.

Bu arada təhqiqat aşkara çıxarıb ki, "A320-200" Surabayadan Sinqapura uçuş üçün verilmiş marşrut lisenziyasını pozub. Hazırda "AirAsia" şirkətinin bütün qalan reyslərində təcili yoxlamalar keçirilir.

Qeyd edək ki, 162 şərnişinli təyyarə ötən bazar günü radardan çıxıb. Pilot tufandan xilas olmaq üçün daha yüksək uçuş tələb etsə də, ərazidə başqa təyyarələr olduğu üçün buna icazə verilməyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR