2015: dünya siyasi arenasında nələr olacaq?
Bizi izləyin

Dünya

2015: dünya siyasi arenasında nələr olacaq?

2015-ci ildə hansı məsələlər dünya gündəmində olacaq?

Bu suala BBC-nin tanınmış ekspertləri öz proqnozlarını bölüşüblər.

Beynəlxalq məsələlər üzrə baş müxbir Liz Duketin fikrincə, diqqət yenə də Orta Şərq və onun ətrafında baş verən hadisələrin qlobal nəticələrinə yönələcək:

“İl bitərkən Pakistanda və Əfqanıstanda böyük təhlükəsizlik problemləri yaşanıb. 2015-ci ildə vəziyyət daha da gərginləşəcək. Pakistan, Hindistan və Əfqanıstan arasında daha yaxşı əlaqələr zəruri, lakin çətin olacaq. 2015 bir çox yerdə islamçı qruplara qarşı mübarizə üçün həlledici il olacaq”.

Diplomatik müxbir Bridget Kendall hesab edir ki, 2015-ci ilin əvvəlindəcə Qərb diplomatları iki böyük çətinliklə üzləşir: “Suriyanın çökməsindən yoluxmanın qarşısını almaq və dirçələn Rusiyanı dayandırmaq. Birincisinə gəldikdə, əslində İranla nüvə razılaşması Orta Şərqdə yeni paradiqma yaradaraq Tehranı müttəfiq edə bilər.

Qərblə İranın artıq ortaq düşməni var: bu Suriya və İraqdakı “İslam Dövləti”nin cihadçılarıdır. Hər iki tərəf razılaşma istəyir. Qərb İranın nüvə silahı əldə etməsi əleyhinədir, Prezident Ruhani isə sanksiyaların qaldırılmasını istəyir.

Bundan başqa, Suriya Prezidenti Bəşər Əsədin gələcəyi haqqında suallar var. O, İranın əsas müttəfiqidir, amma Qərb ölkələrinin çoxu üçün o, kompromisin tərkib hissəsi ola bilməz.

Beləliklə, ən ağlabatan nəticə xaosun davam etməsidir. İran isə sanksiyalardan yan keçmək üçün başqa yollar axtaracaq”.

Biznes məsələləri üzrə redaktor Kamal Əhməd düşünür ki, iqtisadi qüdrətin Qərbdən Şərqə doğru keçdiyi bir məqamda 2015-ci il xüsusi əhəmiyyətə malikdir:

“Çin bankları və şirkətləri sürətlə Qərbə doğru genişlənir. Onlardan bir çoxu artıq üstələdikləri Qərb şirkətlərini təqlid etmirlər”.

axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm