Livanın dəhşətli bəlası - Kişi fahişəliyi - FOTO
Bizi izləyin

Dünya

Livanın dəhşətli bəlası - Kişi fahişəliyi - FOTO

Livanda kişilər arasında fahişəlik artır.

Livanın Beyrut şəhəri iqtisadi cəhətdən əziyyət çəkir və mühafizəkar ölkədə homoseksual davranışların qadağan olunmasına baxmayaraq kişilər arasında fahişəlik getdikcə artıq.

27 yaşlı “Həsən” İraqdan gələn sünnidir və Beyrutda yaşayışını təmin etmək üçün bir ildir ki, fahişəlik edərək pul qazanır. Həsən öz həqiqi adını gizlədərək qeyd edir ki, ailəsi onun homoseksual olduğunu bildikdən sonra onu öldürəcəyi ilə hədələyərək ölkədən qovub.

Həyatını qorumaq naminə İraqı tərk edərək digər 5 qaçqınlarla birgə Livana üz tutur. İşsiz qalan gənc Beyrutda barlardan birində kişilərin onun kimi gənclərlə bir neçə saatlığına vaxt keçirməsi üçün pul ödəməsindən xəbər tutur.

Suriyadan olan 20 yaşlı xristian tələbə “Fuad” hərbi əməliyyatlardan boyun qaçıraraq kişilər üçün olan hamamda işləməyə gəlir. “Fuad” qeyd edir ki, bu müvəqqəti haldır. Kifayət qədər pulunu yığandan sonra təhsilini davam etdirməsi üçün Suriyaya qayıdacaq.

Bir sıra QHT-lər Beyrutda çalışan Fuad və Həsən kimi bir sıra kişi fahişələrlə işləyir. Müştərilərin çoxusu Livan, Türkiyə, Körfəz ölkələrindən və Şimali Afrikadan olan orta yaşlı zəngin insanlar olur. Pul qazanmaq üçün fahişəlik edən kişilər isə ölkələrini ya müharibəyə getməkdən boyun qaçırdıqları üçün ya da, uşaqlarını yedizdirmək üçün bu işə qoşulurlar.

Beyrut Yaxın Şərqdə homoseksuallıq üçün ən təhlükəsiz bölgə olmasına baxmayaraq homoseksuallıq fəaliyyəti Livanda qeyri-qanuni hesab edilir. Polis çox nadir hallarda hamam və gecə klublarında axtarışlar aparır çünki klub sahibləri iflasa uğramamaq üçün pul ödəyirlər. Dünya məşhurlu Livanlı Maşrou Leyla açıq gey müğənnisidir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm