Çeçen polislər Putinə sədaqət andı içməkdən imtina etdi
Bizi izləyin

Dünya

Çeçen polislər Putinə sədaqət andı içməkdən imtina etdi

Çeçenistanda 500 polisin “Putinə bağlılıq andı” içməyi rədd etdikləri üçün işdən qovulduğu iddia edilib.


Dekabrın 28-də çeçen lider Ramzan Kadırovun təlimatı ilə Çeçenistan polisi ilə görüş təşkil edilib. Təxminən 20 min nəfər formaları və kürək çantaları ilə Caharqaladakı Dinamo stadionuna toplanıb.


İddialara görə, bütün polislərdən bir sənədə imza atmaları istənilib. Çeçenistan Daxili İşlər naziri Ruslan Alxanova göndərilmək üçün hazırlanan sənəddə bu sözlər yazılıb:


“Dünyanın hər yerində Rusiya Federasiyasının mənfəətlərini qorumaq üçün Baş Komandan - Rusiya Prezidenti Vladimir Putin, Rusiya Daxili İşlər naziri V.A.Kolokoltsev və Çeçenistan Prezidenti Ramzan Kadırovun hər cür əmrini yerinə yetirməyə hazıram”.


Bu sənədlər Çeçenistandakı bütün polis şöbələrinin işçiləri tərəfindən imzalanıb, ayrıca polislər öz pulları ilə qara kadırovçu formalar almağa məcbur edilib. Polislər arasından təxminən 500 nəfər isə qanunlara zidd sənədi imzalamağı rədd etdiklərinə görə işdən qovulublar.

axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm