Ebola ilə mübarizəyə 4 milyard dollar lazımdı
Bizi izləyin

Dünya

Ebola ilə mübarizəyə 4 milyard dollar lazımdı

Ebola virusuna qarşı mübarizəyə 3-4 milyard dollar vəsait lazım gələcək.

Publika.az-ın məlumatına görə, bu barədə Dünya Bankının yaydığı hesabatda bildirilir. Hesabata görə, epidemiya Afrika ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərdiyindən onların bu vəsaiti beynəlxalq yardım olmadan əldə edə biləcəyi inandırıcı görünmür. Mütəxəssislərin fikrincə, gələn il Serra-Leonenin ümumi daxili məhsulunda 2 faizlik geriləmə gözlənilir.

Dünya Səhiyyə Təşkilatının son hesabatında isə Ebola virusundan ölənlərin sayı təxminən 7,7 min, xəstəliyə yoluxanların isə 20 min nəfərə yaxın olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm