Boko Haram Baqa şəhərini və hərbi bazanı ələ keçirib
Bizi izləyin

Dünya

Boko Haram Baqa şəhərini və hərbi bazanı ələ keçirib

Nigeriyada islamçı Boko Haram qruplaşması Baqa şəhərini və hərbi bazanı ələ keçirib.

Publika.az xəbər verir ki, islamçıların ələ keçirdikləri hərbi bazanın son zamanlaradək Afrika İttfaqı Qüvvələri tərəfindən istifadə olunduğu qeyd edilir.

Baqa şəhərinin yerləşdiyi Borno ştatını təmsil edən senator şənbə günü səhər islamçıların hücumundan sonra Nigeriya hökümət qoşunlarının bazanı tərk etdiyini deyib.

Qayıqlarla qonşu Çad respublikasına qaçmış Baqa şəhərinin sakinləri şəhərin yandırıldığını və çox sayda insanın öldürüldüyünü bildiriblər.

Boko Haram islamçılarının hazırda Baqa şəhəri ətrafında geniş ərazilərə nəzarət etdikləri xəbər verilir.

Bu məntəqə son zamanlaradək hökümət qüvvələrinin nəzarətindəki az sayda qalmış şəhərlərdən biri idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm