Şimali Koreya ABŞ-ı tənqid etdi
Bizi izləyin

Dünya

Şimali Koreya ABŞ-ı tənqid etdi

Şimali Koreya Birləşmiş Ştatların Sony Pictures şirkətinin kompyuterlərinə hakerlərin müdaxiləsinə görə cəza kimi tətbiq etdiyi yeni sanksiyaları tənqid atəşinə tutub.

Publika.az-ın məlumatına görə, Şimali Koreyanın Mərkəzi Xəbər agentliyi Xarici İşlər nazirliyinin sözçüsünə istinadən sanksiyaların düşmənçilik və repressiv xarakteri daşıdığını bildirib. Xarici İşlər nazirliyinin nümayəndəsi deyib ki, “sanksiyalar yalnız Pxenyanın ölkənin suverenliyini müdafiə etmək üçün iradə və qətiyyətini möhkəmlədəcək”.

ABŞ prezidenti Barak Obama cümə günü Şimali Koreyanın üç təşkilatı və 10 ayrı-ayrı şəxsi hədəf alan yeni sanksiyaların tətbiq edilməsi haqda sərəncam imzalayıb. Ağ Ev rəsmiləri sanksiyaların Şimali Koreyanı kiber hücum da daxil olmaqla, bir sıra təxribatçı əməllərinə cəzalandırılmasını nəzərdə tutan ilk addımlardan biri olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm