• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Somalidə intihar hücumu: 4 ölü

  • Dünya
  • 5 Yanvar 2015 04:17
  • 325 Baxış
Somalidə intihar hücumu: 4 ölü

Somalinin paytaxtı Moqadişuda intiharçının hücumu nəticəsində dörd nəfər həlak olub.

Publika.az xəbər verir ki, Somalinin təhlükəsizlik naziri Məhəmməd Yusuf Osman Amerikanın Səsi radiosuna bildirib ki, Moqadişu beynəlxalq hava limanı yaxınlığında Əl-Şəbəb militantlarının maşına yerləşdirdiyi bombanı partlatdığı Vaberi rayonu mühasirəyə alınıb.

O, hücum nəticəsində intiharçının da öldüyünü deyib. Beş nəfərin isə hadisə nəticəsində xəsarət aldığı bildirilir.

Şəhər sakinləri partlayışın ardınca atəş açıldığı haqda məlumat veriblər.

Əl-Şəbəb qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürüb. İslamçı qrup son zamanlar Somali paytaxtında hücumları intensivləşdirib.

Keçən həftə Əl-Şəbəb komandiri İbrahim Filey və daha üç militanat ölkənin cənubunda yeləşən Kurtun Vaarey şəhərində Somali qüvvələri ilə toqquşma zamanı qətlə yetilib. Bundan öncə isə Somali rəsmiləri Əl-Şəbəb yaraqlılarının Moqadişudan 250 kilometr qərbdə yerləşən Baidoada hərbi yoxlama məntəqəsinə hücumu nəticəsində altı Somali əsgərinin öldürüldüyünü bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR