Nasistlərin nüvə silahı hazırlamaq üçün istifadə etdiyi bunker aşkarlanıb
Bizi izləyin

Dünya

Nasistlərin nüvə silahı hazırlamaq üçün istifadə etdiyi bunker aşkarlanıb

Avstriyanın şimalında, Sankt-Georgen-an-der-Quzen şəhərciyi yaxınlığında İkinci Dünya müharibəsi zamanı nasistlərin nüvə silahı hazırlamaq üçün istifadə etdiyi ümumi sahəsi 300 min kvadratmetr olan bunker və yeraltı tunellər şəbəkəsi aşkarlanıb.

Publika.az-ın məlumatına görə, yeraltı kompleks kinorejissor Andreas Zultser 1944-cü ilə aid sənədləri ələ keçirdikədan sonra aşkarlanıb.

Mərkəzi Kəşfiyyat İdarəsinin xələfi olan ABŞ-ın strateji xidmət idarəsinin sənədində Mauthauzen əsir düşərgəsi yaxınlığında “Üçüncü reyxin silah istehsalı üzrə iri yeraltı müəssisənin” olduğu bildirilir. Həbs edilmiş fiziklərin, kimyaçıların və mühəndislərin bu müəssisədə dəhşətli layihələr üzərində işləməyə vadar edildiyini deyən Andreas Zultser onların xatirəsi naminə burada baş verənləri insanlara çatdırmağın vacib olduğunu bildirib.

Kino rejissorunun sözlərinə görə, əvvəllər bu ərazidə yüksək radiasiya şüalanmasının qeydə alınması yaxınlıqda nasistlərin nüvə obyekti olduğunu sübut edir.

Tarixçilər obyektin tikintisi zamanı təxminən 320 min məhbusun həlak olduğunu bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm