Kadırov “ordusunu” Donbasa göndərdi
Bizi izləyin

Dünya

Kadırov “ordusunu” Donbasa göndərdi

Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin 120 keçmiş əməkdaşı Donbas hövzəsinə göndərilib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.

"Bölmə Çeçenistan Respublikasının keçmiş polis əməkdaşları ilə komplektləşdirilib. Polis əməkdaşları keçən ilin dekabrın sonunda Qroznı stadionunda keçirilən şou zamanı Çeçenistanın daxili işlər naziri Ruslan Alxanovun adına raportu imzalayıb ki, ölkə maraqlarının dünyanın istənilən ölkəsində müdafiəsi üçün Ali Baş Komandan, Rusiya prezidenti Vladimir Putin, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev və Çeçenistanın prezidenti Ramzan Kadırovun istənilən əmrini yerinə yetirməyə hazırdır”, - Tımçuk yazıb.

Hərbi ekspertin sözlərinə görə, “kadırovçular” bölməsinin istifadəsində ağır piyada silahları, həmçinin zirehli texnikanın 10 vahidi var.

Xatırladaq ki, Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov dekabrın 28-də Bilimxanova adına stadionda hərbi hazırlığı keçmiş təxminən 20 min könüllü qarşısında çıxışında Vladimir Putinin sərəncamına 20 min çeçen könüllüsünü vermək niyyətində olduğunu dilə gətirib. Çeçenistan prezidentinin sözlərinə görə, ordunun mövcudluğuna baxmayaraq, bəzi məsələləri yalnız xüsusi hazırlıq könüllülər yerinə yetirə bilər. Kadırov bildirib ki, çeçen xalqı Rusiya prezidenti Vladimir Putini dəstəkləyir və hərbi hazırlıq keçmiş könüllülər onun əmri ilə istənilən tapşırığı yerinə yetirməyə hazırdır.

“Amerika və Avropa Rusiyaya iqtisadi müharibə elan edib. Ölkədə xaos və kütləvi qarışıqlıqlar yaratmağa çalışırlar. Ancaq Rusiya xalqı öz lideri Vladimir Putinin ətrafında birləşib. Avropa və Amerikaya qarşı mübarizədə çeçen xalqı mərkəzi yerlərdən birini tutur. Ölkədə daimi ordu, aviasiya, donanma və nüvə gücləri var. Ancaq elə məsələlər var ki, onlar yalnız könüllülər tərəfindən həll edilir. Və biz onları həll edəcəyik", - Kadırov vurğulamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm