Yəmən paytaxtında güclü partlayış
Bizi izləyin

Dünya

Yəmən paytaxtında güclü partlayış

Yəmənin paytaxtı Səna şəhərinin qərb hissəsində güclü partlayış törədilib.

Publika.az-ın “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Ənsar Allah” hərəkatının tərəfdarlarından birinin obyekti hücumun hədəfi olub.

Ölən və yaralılar haqqında məlumat yoxdur.

Dünən isə paytaxtdan 100 kilometr cənubda yerləşən Damar şəhərində partlayıcı qurğu evlərdən birinin girişində işə salınıb. Partlayış nəticəsində dörd insan həlak olub, 25-i isə yaralanıb. Məlumata görə, ölənlərdən biri yerli jurnalist olub.

Qeyd edək ki, sünni tayfalarının yaratdığı "Əl İslah" təşkilatı hazırda şiələrin "Ənsar Allah" hərəkatı ilə qarşıdurma vəziyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm