• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qolundakı izləmə qolbağını qopardı – müxalifət liderindən ÜSYAN

  • Dünya
  • 5 Yanvar 2015 18:34
  • 389 Baxış
Qolundakı izləmə qolbağını qopardı – müxalifət  liderindən ÜSYAN

Rusiya müxalifətinin liderlərindən biri, “İv Roşe” işi üzrə 3,5 il şərti cəza alan Aleksey Navalnı onun barəsində çıxarılan məhkəmə hökmünü yerinə yetirməkdən imtina edib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, müxalifətçi mətbəx qayçısının köməyi ilə elektron qolbağı aça bilib.

Cəzaların İcrası Federal Xidməti bu qolbağın köməyi ilə məhkumların yerdəyişməsinə nəzarəti həyata keçirir. Qurumdan bildiriblər ki, Navalnının yaşadığı ünvanda yoxlama apararaq ev həbsinin şərtlərinin pozulub-pozulmadığını müəyyənləşdirəcəklər. “Pozuntuların aşkar ediləcəyi halda müvafiq protokol tərtib olunacaq və materiallar məhkəməyə göndəriləcək”, - Cəzaların İcrasına Federal Xidmətindən bildirilib.

Xatırladaq ki, Moskvanın Zamoskvoretski rayon məhkəməsi 2014-cü il dekabrın 30-da A.Navalnı və onun qardaşı Oleq Navalnı barəsində “İv Roşe" işi üzrə hökmünü elan edib. Məhkəmənin hökmünə əsasən, Aleksey Navalnı 3,5 il şərti cəza alıb, Oleq Navalnı isə 3,5 il azadlıqdan məhrum edilib. Şərti cəzadan başqa Navalnı 500 min rubl məbləğində cərimə ödəməli olacaq.

Məhkəmə Aleksey və Oleqi “İv Roşe” şirkətinin pulunu oğurlamaqda təqsirli hesab edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR