ABŞ və Türkiyədən Bəşər Əsədə qarşı RAZILAŞMA
Bizi izləyin

Dünya

ABŞ və Türkiyədən Bəşər Əsədə qarşı RAZILAŞMA

Türkiyə ilə ABŞ arasında əsasən Suriya müxalifəti üçün həyata keçirilməsi nəzərdə tutulan “Təhsil vermək” adlı proqramın icrası ilə bağlı razılıq əldə olunub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, artıq sözügedən məsələ ilə bağlı bu ilin yanvarında müvafiq razılaşma sənədi imzalanacaq, mart ayında isə proqramın icrasına başlanacaq.

Proqrama əsasən Suriyadan olan 15 min nəfər müxalif üçün 3 il ərzində təhsil nəzərdə tutulur.

Türkiyədə hər il 1,5-2 min nəfər, İordaniya və Səudiyyə Ərəbistanı ilə birlikdə isə ümumilikdə 5 min suriyalı öyrədiləcək. Beləliklə bu 3 ölkədə üç ildə ümumilikdə 15 min suriyalı təhsili alacaq.

ABŞ-ın layihəsi olan bu proqramın həyata keçirilməsi və məqsədlərində bir sıra qaranlıq məqamların da mövcudluğu istisna edilmir. Belə ki, həmin insanların öz ölkələrində mövcud hakimiyyətə qarşı istifadə olunacağı şübhə doğurmur.

Xatırladaq ki, ötən ilin noyabrında Birləşmiş Ştatların prezidenti Barak Obama İŞİD-in İraq və Suriya ərazilərində sürətli irəliləməsi ilə bağlı çıxışı zamanı deyib ki, ABŞ bir neçə ərəb ölkələrində mövcud olan koalisiyaya qoşunları ilə birgə İŞİD-ə qarşı mübarizədə “dörd rəqəmli plan”ı işə salacaq.

Daha sonra Obama ABŞ hökumətinin İŞİD-ə qarşı hazırladığı həmin planın tərkib hissəsi olaraq, hava hücumları ilə yanaşı, mülayim müxalifətin dəstəklənməsi, İŞİD-in maliyyə, kəşfiyyat mənbələrinin kəsilməsi və digər bu kimi məsələlərin nəzərdə tutulduğunu açıqlayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm