Dünya
Fermerlərin belinə minən məmur cəzalandırıldı
Ziyan görmüş istixanalarda vəziyyətin nə yerdə olduğunu müəyyənləşdirmək üçün hadisə yerinə gedən məmur ayaqları islanmaması üçün fermerlərin belinə minib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Manisa Böyükşəhər Bələdiyyəsi Kənd Xidmətlər Dairəsi başçısı Nedim Zurnacı bu əməlinə görə tutduğu vəzifədən kənarlaşdırılıb.
Bildirilir ki, hadisə yerinə çatdıqda ayaqlarının islanacağından ehtiyat edən Nedim Zurnacı fermerlərdən onu belində aparmalarını tələb edib. Çarəsiz qalan fermerlər Manisa Böyükşəhər Bələdiyyəsi Kənd Xidmətlər Dairəsi başçısının təklifi ilə razılaşmalı olublar.
Bu görüntülər internetdə yayımlandıqdan sonra aləm bir-birinə dəyib. Manisa əhalisi məmurun bu hərəkətini fermerlərə qarşı hörmətsizlik kimi qiymətləndiriblər. Vəziyyətin daha ağır nəticə verə biləcəyindən ehtiyatlanan Manisa Böyükşəhər Bələdiyyəsi çıxış yolu kimi Nedim Zurnacını vəzifədən uzaqlaşdırmaqda görüb.
Manisa Böyükşəhər Bələdiyyəsi isə öz növbəsində, internetdə yayımlanmış fotonu bu cür şərh edib: «Hadisə meydana gəldiyi vaxtdan məsələni diqqətlə araşdırdıq. Bu gün ilk iş günü olmasına baxmayaraq, dərhal müvafiq tədbir görüldü. Belə ki, 657 saylı Dövlət Məmurları Qanununun 125-ci və digər maddələri əsas götürülərək inzibati istintaq aparılıb. Son nəticədə Nedim Zurnacı törətdiyi əmələ görə tutduğu vəzifədən kənarlaşdırılıb».
Vazeh
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...