Almaniya “Soyuq müharibə 2” üçün yeni nəsil tanklar hazırlayır
Bizi izləyin

Dünya

Almaniya “Soyuq müharibə 2” üçün yeni nəsil tanklar hazırlayır

Almaniya buntestaqı (parlament) yeni tankın hazırlaması üzrə maliyyə smetasını müzakirəyə çıxarmağı təklif edib.

Publika.az-ın ABŞ-ın "Popular Science” nəşrinə istinadən verdiyi məlumata görə, büdcə komitəsinin məruzəsində “Leopard 3” yeni nəsil döyüş tankının yaradılması üzrə proqramı hazırlamaq təklif olunur.

“Soyuq müharibə” zamanı NATO gözləyirdi ki, SSRİ qoşunlarının Qərbi Avropaya müdaxiləsi Qərbi Almaniyadan başlanacaq. Mərkəzi Kəşfiyyat İdarəsinin qiymətləndirməsinə görə, SSRİ və onun Mərkəzi Avropadakı müttəfiqlərin ərazidə yerləşdirdiyi tankların sayı NATO-nun tanklarının sayından üç dəfə çox idi.

“Soyuq müharibə”nin sonu isə heç də böyük dövlətlər arasında müharibələrin başa çatdığını göstərmədi. Rusiyanın Ukraynaya müdaxiləsi Avropada daha heç vaxt müharibələrin olmayacağı barədə hakim nöqteyi-nəzəri məhv etdi. Yaxın vaxtlarda Almaniya öz tank arsenalını genişləndirib və 20 ədəd "Leopard 2A7” tankını təkmilləşdirib. Köhnə tankların müasirləşdirməsi kifayət qədər geniş yayılmış hadisədir və bu müasir dünyanın təhlükələri ilə izah olunur. Eyni zamanda, yeni tankların hazırlaması gələcəyə töhfədir”, - Amerika nəşri yazıb.

Qəzet xatırladır ki, ötən ilin avqustunda “Leopard” tanklarının müasir versiyasını istehsal edən Almaniyanın “Krauss-Maffei Wegmann” şirkəti ilə Fransanın müdafiə şirkəti “Nexter” birləşib. Bu “Leopard 3” döyüş tankının yaradılması ideyasından danışan alman şirkətinin başçısı qeyd edib ki, Fransada bir neçə onilliyə hesablanan strateji planlar var.

“Biz bir neçə on il gələcəkdəki münaqişələri proqnozlaşdıra bilmirik. Buna görə də Almaniya yeni nəsil tankını yaradara mümkün qarşıdurmalar üçün etibarlı vasitə əldə edir”, - “Popular Science” bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm