• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Daha bir ölkədə Gülən məktəbləri bağlandı

  • Dünya
  • 5 Yanvar 2015 23:32
  • 370 Baxış
Daha bir ölkədə Gülən məktəbləri bağlandı

Gülən camaatının idarə etdiyi məktəblərin daha bir ölkədə fəaliyyəti dayandırılıb.

Axar.az xəbər verir ki, Tacikistanda Gülənə məxsus məktəblərə verilən müddət bu il sona çatıb. Müddətin artırılmasına icazə verilməyəcəyi bildirilib.


Tacikistanda Gülən camaatının türk-tacik litseyləri kimi tanınan məktəblərinin bağlanacağı bildirilib. Tacikistan Təhsil Nazirliyi bu məktəblərin nəzdində olan "Şəlalə" təhsil qurumları adlı şirkətlə müqavilənin yenilənməyəcəyini açıqlayıb.


Türk-tacik litseyləri rəhbəri Səlahəddin Günay isə məktəblərin bağlanması barədə şərh verməkdən imtina edib.

Qeyd edək ki, türk məktəblərinin Tacikistanda fəaliyyəti 1993-cü ildə başlamışdı. 2003-cü ildə sözügedən müqavilə 10 il daha uzadılmışdı. "Şəlalə" şirkəti Düşənbədə 6, Kurqan-Tübe, Tursunzoda, Kulyab və Xujand şəhərlərində 10 məktəb açmışdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR