İŞİD-in girov götürdüyü Türk əsgəri xilas edildi - FOTO
Bizi izləyin

Dünya

İŞİD-in girov götürdüyü Türk əsgəri xilas edildi - FOTO

Suriya sərhədində qaçırılan Türkiyə ordusunun çavuşu xüsusi əməliyyatla xilas edilib.

Publika.az-ın məlumatına görə, bu barədə Türkiyə Cümhuriyyətinin tvitter hesabında məlumat yayılıb. Məlumata görə, çavuş ölkənin Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində sağ-salamat geri qaytarılıb. Həmçinin bildirilir ki, əməliyyatdan sonra Prezident Rəcəb Tayyib Ərdoğan əsgərin ailəsinə zəng edərək gözaydınlığı verib.

Qeyd edək ki, dekabrın 3-də çavuş Ö.Örs Suriyadan Türkiyəyə girmək istəyən bir qrup şəxsin qarşısını kəsərkən qaçırılmışdı. Onun İŞİD-çilərin qaçırdığı güman edilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm