Çeçen ölümün astanasında
Bizi izləyin

Dünya

Çeçen ölümün astanasında

ABŞ-ın Boston şəhər məhkəməsində Cohər Tsarnayevlə bağlı prosesin məhkəmə iclasçılarının seçilməsi prosesi başlanıb.

Publika.az-ın “Associated Press” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, təxminən 1200 insandan ən yaxın üç gün ərzində münsiflər heyətinin 12 əsas və 6 ehtiyat üzvü seçilməlidir.

Məhkəmə prosesi 26 yanvarda başlayacaq və gözlənildiyi kimi üç-dörd ay davam edəcək. Əgər Tsarnayevin təqsirli olduğu sübuta yetirilərsə, ona ölüm cəzası verilə bilər.

Xatırladaq ki, 21 yaşlı C.Tsarnaev 15 aprel 2013-cü ildə Boston Marafonunda terror aktı törətməkdə ittiham edilir. Terror aktı zamanı üç nəfər ölmüş, 260-dan çoxu yaralanmışdı.

Terror aktında ittiham olunan digər qardaş Tamerlan Tsarnayev isə əməliyyatın gedişatında öldürülmüşdü.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm