Venesuela neftin ucuzlaşmasının qarşısını almağa çalışır
Bizi izləyin

Dünya

Venesuela neftin ucuzlaşmasının qarşısını almağa çalışır

Venesuela Prezidenti Nikolas Maduro neftin ucuzlaşmasının qarşısını almaq məqsədilə Çin və OPEK təşkilatında üzv ölkələrə səfərə çıxır.

Publika.az-ın məlumatına görə, Venesuela prezidenti xaricdə danışıqları, neftin ucuzlaşmasının ölkəsinin iqtisadiyyatına mənfi təsirini yumşaltmaq üçün görülə biləcək tədbirlərə həsr etmək niyyətindədir. Maduronun baş çəkəcəyi ilk ölkə Venesuelaya iri həcmlərdə kredit buraxan Çindir.

Maduro Pekində Çin rəhbəri Xi Jinpinglə danışıqlar apardıqdan sonra, OPEK ölkələrinə yollanacaq. Venesuela prezidentinin neft ixracatçılarına neftin hasilatını azaltmaq barədə çağırış edəcəyi gözlənilir.

Ötən ilin iyun ayından Venesuela nefti 2 dəfə ucuzlaşıb, ölkənin əsas valyuta mənbəyi isə neft ixracıdır. Venesuela dünyada ən irimiqyaslı neft ehtiyatlarına malikdir.

Pekinə yola düşməkdən əvvəl Nikolas Maduro deyib ki, ABŞ OPEK kartelini dağtmaq üçün neft bazarında müharibəyə başlayıb, Venesuela isə bu müharibədən yaranan problemlərlə üzləşib.

Maduro ABŞ-ı bazara böyük həcmdə ucuz neft çıxarmaqda ittiham edərək, bu addımın Vaşinqtonun Moskva ilə iqtisadi müharibəsinin tərkib hissəsi olduğunu bildirib.

Bu arada Venesuela müxalifəti ölkədəki böhranın səbəbini Maduro hökümətinin Uqo Çaves xəttini davam etdirməsi və sosializm modelinin tətbiqilə bağlayır.

Son zamanlar Venesuelada itdisadi böhranın dərinləşməsi nəticəsində qarğıdalı yağı və süd qıtlığı müşahidə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm