“Atan kazaklardır” - Donbasda ruslar artilleriya atəşinə tutuldu
Bizi izləyin

Dünya

“Atan kazaklardır” - Donbasda ruslar artilleriya atəşinə tutuldu

Luqansk vilayətinə yerləşdirilən “kazak” hərbi qruplaşmalarından birinin artilleriya bölməsi Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin daxili qoşun dəstəsinə atəş açıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.

Hərbi ekspert ruslar arasında ölən və yaralıların olduğunu bildirib. D.Tımçukun məlumatına görə, Antrasit və Luqansk şəhərlərində yerli döyüşçülər və "kazaklar" arasında hakimiyyət uğrunda silahlı qarşıdurmalar davam edir.

O həmçinin Alçevsk-Staxanov xəttində hərəkət edən quldur dəstələrinin "daimi döyüş hazırlığına” gətirildiyini əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm