Rusiya kanalı Putini çıxılmaz vəziyyətə saldı – FOTOFAKT
Bizi izləyin

Dünya

Rusiya kanalı Putini çıxılmaz vəziyyətə saldı – FOTOFAKT

Kreml təbliğatçıları olan telekanallar növbəti dəfə böyük səhvə yol veriblər.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, separatçıların “News Front” kanalı və Rusiyanın “Vesti” kanalı Rusiya qoşunlarının müdaxiləsini və separatçılara hərbi texnika yardımını göstərən faktları efirə buraxıb.

Kadra bu dəfə “Каmaz-43269” yük avtomobilinin modifikasiyaları olan “Vıstrel” və “Dozor” avtomobilləri, həmçinin müxtəlif hərbi texnikalar düşüb. “Inform Napalm” nəşrinin yazdığına görə, Luqanskda separatçıların “təlimləri” ilə bağlı “News Front” kanalının verdiyi kadrlarda, həmçinin Rusiyanın “Vesti” kanalının verdiyi görüntülərdə hərbi texnikanın təxminən 10 vahidini görmək mümkündür.

“Inform Napalm” nəşrinin yazdığına görə, kadrlara düşən “BPM-97” (Kamaz-43269 “Vistrel”) Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti, "Dozor” isə Rusiya Federasiyası Silahlı Qüvvələri üçün istehsal olunur. Hazırda bu avtomobillərdən təxminən 150-si istehsal olunub və heç vaxt Ukraynaya gətirilməyib. Bu avtomobillərin Luqansk vilayətinə yalnız Rusiya ordusu ilə birlikdə gələ biləcəyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm