Məşhur teleaparıcı İŞİD-çi qardaşı tərəfindən öldürüldü - FOTO
Bizi izləyin

Dünya

Məşhur teleaparıcı İŞİD-çi qardaşı tərəfindən öldürüldü - FOTO

Qardaşı məşhur teleaparıcını pula görə xüsusi amansızlıqla qətlə yetirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ailəsi ilə birlikdə Danimarkada yaşayan suriyalı tanınmış teleaparıcı, aktyor Şinda Halil İŞİD-ə qoşulmaq istəyən qardaşı tərəfindən öldürülüb.

Suriyada vətəndaş müharibəsi, daxili çəkişmələr başladığı dönəmlərdə ölkəsini tərk edərək Danimarkaya köçən 28 yaşlı teleaparıcı ilə 24 yaşlı qardaşı arasında mübahisə yaranıb. Belə ki, İŞİD-ə qoşulmaq istədiyini bəyan edən qardaş bacısından Suriyaya getməyə 100 avro yolpulu istəyib. Lakin Şinda Halil qardaşına «yox» cavabı verib. Bu zaman onlar arasında mübahisə daha da gərginləşib. Əsəbiləşib özündən çıxan qardaş evdəki bıçaqla bacısının boğazını kəsib. Polis hadisə ilə bağlı araşdırma aparır.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm