Qatil “first lady” həbsə atıldı
Bizi izləyin

Dünya

Qatil “first lady” həbsə atıldı

Meksikanın İquala vilayətinin keçmiş qubernatorunun həyat yoldaşı Maria da los Angeles Pineda 43 tələbənin ölümündə ittiham olunaraq həbsə atılıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, narkotik şəbəkə ilə 43 tələbəni öldürən Maria həyatının qalan hissəsini həbsxanada keçirəcək.

İddiaya görə, Pinedanın qardaşları yerli narkokartelə rəhbərlik edir. “Guerreros Unidos” adlı narkotik şəbəkədən istifadə edərək 43 tələbənin ölüm əmrini verən Maria da los Angeles Pineda federal prokurorluq tərəfindən mütəşəkkil cinayətkar təşkilatı qurmaq və ölümlə nəticələnən cinayətlər törətməkdə mühakimə olunurdu.

Ötən ilin noyabr ayında həbs olunan Pineda ev həbsində saxlanılırdı. O, tələbələrin itməsi ilə bağlı başlayan istintaq çərçivəsində həbs olunub. Şəbəkə üzvlərinin ifadələrindən sonra tələbələrin yanmış cəsədlərini tapan polis edilən DNT testlərinin köməyi ilə onların öldürüldüyünü müəyyənləşdirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm