Xizəkçilər qar uçqununda həlak oldu
Bizi izləyin

Dünya

Xizəkçilər qar uçqununda həlak oldu

ABŞ xizək komandasının iki üzvü Avstryada Alp dağlarında qar uçqunu nəticəsində həlak olub.

Publika.az xəbər verir ki, hadisə Avstriyanın Soelden kurort ərazisi yaxınlığında Rettenbax buzlağında baş verib.

ABŞ Xizək komandasının başçısı Patrik Riml komandanın hadisəyə görə şok keçirdiyini deyib.

Altı amerikalı komanda üzvü qrup şəklində xizəklə sürüşən zaman qar uçqununa düşüb. Onlardan dördü xilas ola bilib. Lakin 20 yaşlı Ronni Berlak və 19 yaşlı Brays Astl həlak olub.

Hadisə baş verən zaman məşqçi onlarla olmayıb. Ərazidə bir neçə gün qar yağdıqdan sonra qar uçqunu barədə xəbərdarlıq verilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm