• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Seriya qətllər törədən məhkumun evtanaziyasından imtina etdilər

  • Dünya
  • 7 Yanvar 2015 04:55
  • 407 Baxış
Seriya qətllər törədən məhkumun evtanaziyasından imtina etdilər

Belçika həkimləri qətllər və zorlamalarda ittiham olunaraq ömürlük həbsə məhkum edilən Frank Van Den Bleken üzərində evtanaziya prosedurunu həyata keçirməkdən imtina ediblər.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “BBC News” bildirib.

İmtinanın səbəbləri haqqında məlumat verilmir. Məlumata görə, məhkum evtanaziya barədə məhkəmənin icazəsini alıb. Qeyd edilir ki, Van Den Bleken hər hansı bir xəstəlikdən əziyyət çəkmir. Ancaq 51 yaşlı məhbus özünü cəmiyyət üçün təhlükəli hesab edir və törətdiyi cinayətlərə görə əzab çəkdiyini deyib.

Belçika hakimiyyəti 2002-ci ildə evtanaziyaya icazə verib. Evtanaziya proseduru sağalmaz pasiyentlər, həmçinin daimi fiziki və psixi qüsurları olan xəstələr üzərində tətbiq olunur.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR