Rusiya Donbasda nə qədər hərbçisini itirib? – Şok
Bizi izləyin

Dünya

Rusiya Donbasda nə qədər hərbçisini itirib? – Şok

“Açıq Rusiya" hərəkatı Donbas hövzəsində döyüşlərdə həlak olmuş Rusiya hərbçiləri və muzdluların əslən hansı regionlardan olmasını göstərən xəritə hazırlayıb.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, hərəkat Donbas hövzəsindəki müharibədə Rusiya Federasiyasının bütün regionlarından olan sakinlərin döyüşdüyünü açıqlayıb.

Müharibədə ən şox isə Dağıstan və Çeçenistan Respublikaları, Krasnodar, Moskva, Sankt-Peterburq, Pskov və Rostov vilayətlərinin sakinləri ölüb. ”Açıq Rusiya”nın məlumatına görə, 2014-cü il ərzində Ukraynada gedən döyüşlərdə 202 rusiyalı həlak olub.

Amma hərəkatın açıqladığı bu rəqəm bəzi hüquq müdafiəçiləri və fəalları tərəfindən açıqlanan rəqəmlərdən xeyli fərqlənir. Xüsusi olaraq “Ukraynadan Rusiyaya Yük-200” hüquq müdafiə təşkilatı Ukraynada həlak olmuş Rusiya əsgərlərinin sayının 4600-dən çox olduğunu iddia edir.

Digər bir hüquq müdafiə təşkilatı – “Sankt-Peterburqun əsgər anaları” təxminən 500 rus əsgərinin Donbasda öldüyünü bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm