Müsəlman şagirdləri kilsəyə buraxmadılar - Qalmaqal
Bizi izləyin

Dünya

Müsəlman şagirdləri kilsəyə buraxmadılar - Qalmaqal

Avstriyadakı məktəblərindən birinin şagirdləri milad tətilinin son günündə Müqəddəs Stefan kilsəsinə ekskursiyaya gedə bilməyiblər.

Publika.az-ın “The Local” nəşrinə istinadən verdiyi xəbərə görə, ekskursiya qrupundakı 23 şagirddən 10-nun müsəlmanlar olması bunun səbəbi olub.

Məktəbin direktor müavininin sözlərinə görə, onlar islama inanan şagirdlərin məbədə, xüsusi olaraq xalçalara zərər vuracağından ehtiyat ediblər.

Şagirdlər isə məktəbin rəhbərliyini irqçilikdə ittiham ediblər və ekskursiyanın ləğvinin islamofobiya ilə bağlı olduğunu bildiriblər. Məlumata görə, məktəb rəhbərliyi hadisənin əsl səbəblərini müəyyənləşdirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm