Qəzaya uğrayan təyyarənin sərnişinləri paraşütlə tullandılar
Bizi izləyin

Dünya

Qəzaya uğrayan təyyarənin sərnişinləri paraşütlə tullandılar

Yeni Zellandiyada sərnişin təyyarəsi qəzaya uğrayıb.

Publika.azAssociated Press” agentliyinə istinadən xəbər verir ki, sərnişinlər və təyyarəni idarə edən pilotlar xilas ola biliblər.

“Skydive Taupo” aviaşirkətinə məxsus olan təyyarə Taupo gölü üzərindən uçarkən nasazlıq aşkarlanıb. Təyyarə sürətlə enməyə başlayıb. Həmin vaxt laynerin göyərtəsində 13 nəfər olub - 6 sərnişin, 6 ekipaj üzvü və təyyarənin komandiri.

Onların hamısı vaxtında paraşütlə tullanaraq təyyarəni tərk ediblər.

Təyyarəni son tərk edən pilot onu suya düşməmişdən cəmi bir neçə saniyə əvvəl tərk edib. Təyyarə suda batıb. Pilot üzərək sahilə çıxa bilib.

Xilas olunanların hamısı tibbi baxışdan keçiblər. Onlarda ciddi xəsarət aşkarlanmayıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm