• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yəməndə kollecdə terror aktı: 50 ölü

  • Dünya
  • 7 Yanvar 2015 13:05
  • 359 Baxış
Yəməndə kollecdə terror aktı: 50 ölü

Yəmənin paytaxtı Sanada polis kollecinin yaxınlığında minalanmış avtomobil partladılıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə “Sky News Arabia” telekanalı bildirib.

Partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. Telekanalın məlumatına görə, ölənlərin çoxu təhsil müəssisəsinə daxil olmaq üçün imtahanı verməyə gələnlərdir.

Qeyd edək ki, bu, ilin əvvəlindən Yəməndə törədilən ikinci terror aktıdır. Yanvarın 5-də ölkənin cənub-qərbində yerləşən Damara şəhərində partlayış törədilib. Nəticədə, altı nəfər, o cümlədən jurnalist həyatını itirib. Terror aktına görə məsuliyyəti “Əl-Qaidə" qruplaşması üzərinə götürüb.

Xatırladaq ki, 2015-ci ildə baş verəcək hadisələrlə bağlı Kanadanın “The Globe and Mail” nəşrinin proqnozlarında Yəmənə xüsusi yer verilib. Yazıda “Əl-Qaidə”nin ən güclü və uzunmüddətli təhlükə olaraq qaldığı, onunla bağlı qruplaşmaların Yəmən və Liviyada güc topladığı qeyd olunub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR