Sabiq məsləhətçi: “Putin bu “irini” geri itələmək istəyir, amma...”
Bizi izləyin

Dünya

Sabiq məsləhətçi: “Putin bu “irini” geri itələmək istəyir, amma...”

“Rusiyanın prezidenti Vladimir Putin Ukraynada üç məğlubiyyətlə üzləşdi. Bunlardan biri “Novorossiya” layihəsinin iflasıdır”.

Publika.az-ın “Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya ziyalılarının keçirdiyi mətbuat konfransında politoloq Andrey Piontkovski bildirib.

"Putin Ukraynanı boğmaq, Ukraynanı parçalamaq cəhdində çox ciddi məğlubiyyətlə üzləşdi. Kreml rəhbərinin Ukraynanı Avropa vektorundan çevirmək cəhdi uğursuzluqla nəticələndi. Əvəzində Putinin özü tələyə düşdü, o, tələdən çıxa bilməyəcək və hakimiyyətini itirəcək. Və məlum olacaq ki, Rusiyanın Ukrayna barəsində siyasəti məhz onun səhvi idi. Putinin əsas məğlubiyyəti “Novorossiya” planının iflasıdır. Ukrayna ordusunun müqaviməti və Qərbin sanksiyaları Ukraynaya hərbi təzyiqin davamının qeyri-mümkün olduğunu göstərdi”, - rusiyalı politoloq deyib.

Piontkovski əmindir ki, Ukrayna ilə hərbi qarşıdurma ideyası Rusiya cəmiyyətində qeyri-populyardır. O əlavə edib ki, Putin məğlub olduğu üçün Ukrayna barəsində taktikanı dəyişdirib: “O, birdən-birə Ukraynanın ərazi bütövlüyünün qızğın tərəfdarı oldu. Rusiya prezidenti bu “irini” Ukraynaya geri itələmək istəyir. Amma əlbəttə ki, Krımsız”, - ekspert qeyd edib.

Mətbuat konfransında iştirak edən Putinin sabiq məsləhətçisi, iqtisadçı Andrey İllarionovun fikrincə, Rusiya gec-tez Krımın zəbt edilməsinə görə təzminat ödəməli olacaq. Eyni zamanda, ekspert qeyd edib ki, Rusiya ictimai rəyi hazırda Krım məsələsi üzrə parçalanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm