• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Parisdə terror: “Allahu Əkbər” və atəş – VİDEO

  • Dünya
  • 7 Yanvar 2015 16:47
  • 689 Baxış
Parisdə terror: “Allahu Əkbər” və atəş – VİDEO

Parisdə “Charlie Hebdo” satirik jurnalın redaksiyasına hücum edənlər “Allahu Əkbər” deyərək qışqırıblar.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, silahlı şəxslərin görüntüləndiyi video “France TV Info” saytında yerləşdirilib.

Şahidlər silahlı şəxslərin polisə atəş açaraq redaksiyaya daxil olmasını mobil telefonla çəkiblər. Videoda avtomobildə oturan qara geyimli iki nəfər təsvir edilib. Daha əvvəl isə “Le Parisien” nəşri silahlıların üç nəfər olduğunu xəbər verib.

Qeyd edək ki, hücum nəticəsində 2-si polis olmaqla 12 nəfər ölüb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR