Paris terrorunun əsl səbəbi: Məhəmməd peyğəmbərin qisası, yoxsa Bağdadi? - İDDİA
Bizi izləyin

Dünya

Paris terrorunun əsl səbəbi: Məhəmməd peyğəmbərin qisası, yoxsa Bağdadi? - İDDİA

Bu gün Parisdə iki silahlının “Charlie Hebdo” satirik jurnalına hücum etməsi və 12 nəfəri qətlə yetirməsi ilə bağlı daha bir məqam ortaya çıxıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, jurnal hücumdan qısa müddət əvvəl “twitter” səhifəsində İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadi ilə bağlı bir karikatura paylaşıb.

Digər bir məlumatda isə silahlı şəxslərin “Peyğəmbərin intiqamını alırıq” deyə qışqırdıqları bildirilir.

Qeyd edək ki,1969-cu ildə fəaliyyətə başlayan “Charlie Hebdo” satirik jurnalı Danimarkanın Məhəmməd peyğəmbərin “Jyllands-Posten” nəşrində dərc edilən karikaturalarını 2006-cı ildə yenidən çap etməsindən sonra daha da məşhurlaşıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm