Polis Akademiyasında partlayış: 30 ölü, 50 yaralı (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Polis Akademiyasında partlayış: 30 ölü, 50 yaralı (YENİLƏNİB)

Polis akademiyasında 30 nəfərin ölümü, 50 nəfərin isə ağır yaralanması ilə nəticələnən qanlı olay qeydə alınıb.

Publika.az Türkiyə mediasına istinadən məlumat verir ki, Yəmənin paytaxtı Sanada polis akademiyasına hücum təşkil edilib.


Aparılmış araşdırmalar zamanı bəlli olub ki, partlayıcı maddələrlə dolu olan avtomobil yüksək yüksətlə polis akademiyasına doğru hərəkət edib və nəticədə güclü partlayış baş verib. Yəmən polisi bunun «Əl-Qaidə» terror təşkilatının əməli olduğunu bəyan edib.


Partlayış o qədər güclü olub ki, onun səsi Sana şəhərinin hər yerindən eşidilib. Hadisədən dərhal sonra olay yerinə gələn təcili yardım əməkdaşları orqanları ətrafa səpələnmiş polisləri gördükdə şoka düşüblər. Hadisə şahidlərinin sözlərinə görə, partlayışdan sonra akademiyanın ətrafı qana boyanıb.

Yəmən Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayışdan sonra 30 polis əməkdaşı həlak olub, 50 nəfər isə ağır bədən xəsarətləri alıb. Bildirilir ki, yaralılardan bir çoxunun vəziyyəti kritikdir. Odur ki, ölülərin sayının artacağı ehtimal olunur.


Qeyd edək ki, partlayış nəticəsində akademiyanın yaxınlığında olan nəqliyyat vasitələri də yararsız hala düşüb.
Hələlik heç bir terror təşkilatı baş vermiş olaya görə məsuliyyəti öz üzərinə götürməsə də, Yəmən Daxili İşlər Nazirliyi əsas şübhəli kimi «Əl-Qaidə»ni göstərir: «Yəmən ordusu bölgəni «Əl-Qaidə»dən təmizləmək üçün ABŞ ordusu ilə birgə əməliyyatlar təşkil edir. Ehtimal olunur ki, məhz bu, terror qruplaşmasını ciddi şəkildə narahat etdiyindən «Əl-Qaidə» polis akademiyasını partlatmaq qərarına gəlib».


Faktla bağlı araşdırmalar davam edir.


Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm