Qəzaya uğrayan təyyarənin quyruğu tapılıb
Bizi izləyin

Dünya

Qəzaya uğrayan təyyarənin quyruğu tapılıb

Qəzaya uğramış AirAsia QZ8501 reysli təyyarənin quyruğu tapılıb.

Publika.az-ın məlumatına görə, bu barədə İndoneziyanın axtarış üzrə rəhbəri deyib. O deyib ki, bununla "qara qutuların" tapılacağı barədə ümidlər artıb. Çünki bu aparatlar təyyarənin quyruğunda yerləşir. Qara qutular aşkar olunarsa qəzanın necə və nəyə görə baş verdiyinə aydınlıq gətirilə bilər.

Təyyarə dekabrın 28-də İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçarkən radardan itmişdi. Təyyarə 162 nəfər daşıyırdı. İndiyədək təyyarədən cəmi 40 cəsəd tapılıb lakin hakimiyyət sərnişinlərin əksəriyyətinin təyyarənin əsas hissəsinin içində olduğunu düşünür. Sağ qalan adam tapılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm