• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İranın dini lideri Prezidentə xəbərdarlıq etdi

  • Dünya
  • 8 Yanvar 2015 03:46
  • 459 Baxış
İranın dini lideri Prezidentə xəbərdarlıq etdi

İranın Ali Dini lideri Seyid Əli Xamneyi Tehranın nüvə müzakirələrində geriyə çəkiləcəyi təqdirdə belə ABŞ-ın sanksiyalardan imtina etməyəcəyini bildirib.

Axar.az xəbər verir ki, Xamneyi bunu Qum şəhərində onunla görüşə gələn bir qrup insan qarşısında çıxış edərkən deyib.

“Amerikalılar İran nüvə müzakirələrində geri addım atsa belə, sanksiyaları tamamilə ləğv etməyəcəklərini çirkinliklə söyləyirlər. Mərkəzi Kəşfiyyat İdarəsinin ortaya çıxan gizli işgəncələri həminşə azadlıqdan dəm vuram Amerika həqiqətilə uyğun gəlmir. Mən müzakirələrin əleyhinə deyiləm, amma xəyala deyil, həqiqətə inanıram”, - Xamneyi bildirib.

Ali dini lider bir müddət əvvəl prezident Həsən Ruhaninin səsləndirdiyi, “Müzakirələr və xarici siyasət ideallarla deyil, mənfəətlərlə aparılır” açıqlamasına da xəbərdarlıq mesajı ünvanlayıb:
“Bəli, düşmənlərin ideallarla işi yoxdur, ancaq bu ideallardan geriyə addım atılacağı təqdirdə düşmən buna da əl uzadar. Buna görə də düşmənin niyyətləri ağıllı şəkildə analiz edilməlidir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR