Meksikada bir məzardan 11 kəsilmiş baş çıxdı
Bizi izləyin

Dünya

Meksikada bir məzardan 11 kəsilmiş baş çıxdı

Meksikanın cənubundakı Querrero ştatında basdırılmış 10 cəsəd və 11 kəsilmiş insan başı tapılıb.

Axar.az xəbər verir ki, rəsmilər məzarların Çilapa de Alvarez bələdiyyəsi sərhədində tapıldığını açıqlayıblar.

Prokuror Migel Qodinez Munoz ekspertlərin araşdırma apardıqlarını, cəsədlərin əksəriyyətinin əllərinin bağlı olduğunu, işgəncə izlərinə rast gəlindiyini deyib.

Prokuror bildirib ki, araşdırma zamanı tapılan 11 insan başı 4 plastik torbaların içində olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm