Patriarx Kirill kosmonavtlarla əlaqə seansı keçirdi
Bizi izləyin

Dünya

Patriarx Kirill kosmonavtlarla əlaqə seansı keçirdi

Rus Pravoslav Kilsəsinin patriarxı Kirill Beynəlxalq Kosmik Stansiyası ilə əlaqə yaradaraq stansiyanın ekipaj üzvlərini bayram münasibətilə təbrik edib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rus Pravoslav Kilsəsinin başçısının kosmonavtlarla söhbəti təxminən 12 dəqiqə davam edib.

“Beynəlxalq Kosmik Stansiyanın ekipajı səmada bizim Vətənimizin xeyrinə əhəmiyyətli növbə çəkir”, - patriarx Kirill bildirib.

Məlumata görə, patriarxın Beynəlxalq Kosmik Stansiya ilə ünsiyyət tarixi çoxillikdir. Bu ənənənin təşəbbüskarları isə kosmonavtlar olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm