• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Koreya Koreyaya hücum edəcək - DETALLAR

  • Dünya
  • 8 Yanvar 2015 12:15
  • 402 Baxış
Koreya Koreyaya hücum edəcək - DETALLAR

Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) Cənubi Koreyaya müdaxilə planını hazırlayıb.

Publika.az xəbər verir ki, Cənubi Koreya nəşri “Korea JoongAng Daily” Şimali Koreyanın 15 gün ərzində yarımadanın cənubunu tutmağa hazır olduğunu yazıb.

Müdaxilə planında Şimali Koreyanın asimmetrik imkanlarından, həmçinin nüvə silahından istifadə nəzərdə tutulub. Adi silahlar, artilleriya, tanklar və təyyarələrdən başqa, döyüş əməliyyatlarında xüsusi əməliyyat güclərindən istifadə olunması planlaşdırılır. Xüsusi əməliyyat güclərində olan hərbçilərin sayı 80 mindən 200 minə qədər artırılıb.

Müdaxilə planı 2012-ci ildə - Kim Çen İnin hakimiyyətə gəlməsindən bir il sonra hazırlanıb. Şimali Koreya komandanlığı müharibəyə hazırlığı 2013-cü ildə başa çatdırmaq fikrində olub, amma bu müddət bir il sonra uzadılıb. 2014-cü il isə “yenidən birləşmə üçün böyük müharibə ili” elan edilib.

Müharibənin yeni planı ABŞ-ın İraq və Əfqanıstanda həyata keçirdiyi son hərbi əməliyyatların analizinə əsaslandırılıb. “Koreya Xalq Demokratik Respublikası belə nəticəyə gəlib ki, onun sürətli müharibədə şansı yoxdur. Döyüş əməliyyatlarının sürətlə tamamlanması üçün Pxenyan təzyiqə və beynəlxalq cəmiyyət tərəfindən qınanmasına baxmayaraq, asimmetrik müharibəni seçib”, - “Korea JoongAng Daily” nəşr xüsusi xidmət orqanlarındakı mənbəyindən sitat gətirir.

Qeyd edək ki, Şimali Koreya 2013-cü ilin fevralında üçüncü nüvə sınağını həyata keçirib. Bundan bir il əvvəl isə nüvə raketlərinin 18 sınaq işə salınması həyata keçirilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR