Bir gecədə 95 nəfər dəm qazından zəhərləndi
Bizi izləyin

Dünya

Bir gecədə 95 nəfər dəm qazından zəhərləndi

Gecədən səhərə qədər əsən güclü külək səbəbilə sobadan sızan karbonmonoksit qazından zəhərlənən 95 nəfər xəstəxanalara yerləşdirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, dəm qazından zəhərlənən Onikişubat və Zülqədəroğlu rayonlarının 43 nəfər sakini Nəcib Fazil Şəhər Xəstəxanasına, 52 nəfər isə Kahramanmaraş Sütçü İmam Universiteti Tibb Fakültəsi Xəstəxanasına yerləşdirilib.

Təcili yardım əməkdaşlarının köməkliyi və öz imkanları ilə xəstəxanaya gedənlərdən bir nəfərin vəziyyəti ağır qiymətləndirilir. Digərlərinin isə sağlıq durumu qənaətbəxşdir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm