• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Paris terrorçularının gizləndiyi ev mühasirəyə alındı

  • Dünya
  • 8 Yanvar 2015 20:52
  • 528 Baxış
Paris terrorçularının gizləndiyi ev mühasirəyə alındı

Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasında terror aktının törədilməsində şübhəli hesab olunan Şərif və Səid Kauşi qardaşları Fransanın şimalında Krepi-an-Valua şəhərində evdə gizlənib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Fransanın “Le Figaro” nəşri şəhərdəki mənbələrə istinadən bildirib.

Necə qeyd edir ki, mobil polis furqonları hazırda şəhərin küçələrində yerləşdirilib. Eyni zamanda, şəhər meri Bruno Forte bu informasiyanı təsdiq etməyib. Forte vertolyotların şəhərin kənarında uçduğunu və xeyli polisin ərazidə axtarış apardığını bildirib.

Bundan əvvəl isə Fransa mediası Şərif və Səid Kauşiyə oxşar iki şəxsin Viller-Kotra şəhərinin yaxınlığında göründüyünü yazıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR