• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İnanılmaz: Terrorçu Fransa telekanallarının qəhrəmanı olub

  • Dünya
  • 9 Yanvar 2015 02:13
  • 486 Baxış
İnanılmaz: Terrorçu Fransa telekanallarının qəhrəmanı olub

“Charlie Hebdo” satirik jurnalın redaksiyasında törədilən terror aktına görə şübhəlilərdən sayılan Şərif Kuaçi vaxtilə Fransa telekanalların qəhrəmanlarından biri olub.

Publika.az-ın “Le Monde” qəzetinə istinadən verdiyi məlumata görə, hazırda polisin axtardığı Şərif Kuaçi 2005-ci ildə telekanallarda göstərilmiş sənədli filmdə çəkilib.

Əvvəllər repçi olan Şərif sonradan İraqın “Abu Qreyb” həbsxanasına düşüb və 1,5 ilini burada keçirib. O, Parisdə ABŞ səfirliyinə hücum etməkdə ittiham olunaraq 10 il azadlıqdan məhrum edilən terrorçu Cəmil Beqalomla tanış olur və Cəmil Şərifin müəlliminə çevrilir. Şərif 2010-cu ildə terror fəaliyyətində şübhəli hesab olunaraq ikinci dəfə həbs olunsa da dəlillər kifayət etmədiyindən azad edilir.

“ABC News” telekanalına müsahibəsində Ağ Evdə məsləhətçi olmuş, terrorla mübarizə üzrə ekspert Riçard Klark Kuaçi qardaşlarının silahla əla davrana bilən və müxtəlif döyüş taktikalarına malik olanlar terrorçuların olduğunu bildirib. Qeyd edək ki, Şərifin qardaşı Səid də Parisdəki terrorda günahkar hesab olunur.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR