General: “Parisdəki terror aktının arxasında İsrail və ABŞ dayanır”
Bizi izləyin

Dünya

General: “Parisdəki terror aktının arxasında İsrail və ABŞ dayanır”

Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasında törədilən terror aktı ilə bağlı bir-birindən fərqli versiyalar irəli sürülür.

Publika.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya Geosiyasi Problemlər Akademiyasının prezidenti, istefada olan general-polkovnik Leonid İvaşovun terror aktı ilə bağlı versiyası şok effekti yaradır.

General-polkovnikin fikrincə, terror aktının arxasında ABŞ və İsrail dayanır.

“Biz bu gün sivilizasiyalar arasında gedən müharibəni müşahidə edirik. Bu müharibə həm də Amerikadan Yaxın Şərqə və şimala Afrikaya hərəkət edir. İslam sivilizasiyasının dağıdılması cəhdi var. İslam mədəniyyəti ilə ümumi heç nəyə malik olmayan radikal islamiyyət bu müharibədə alətlər dəsti kimi istifadə olunur. Karikatura qalmaqalı və peyğəmbərin təhqiri hansısa bir ideoloji motivasiya vermək üçün yalnız səbəbdir. Fransadakı hadisələrin arxasında da həqiqi müsəlmanlar dayanmırlar, muzdlular, hansısa fanatizmlə məst edilənlər, öz mesenatların sifarişi ilə hərəkət edənlər dayanırlar. Əlbəttə, bu terror aktı islam mədəniyyətini dağıtmaq üçün ABŞ-da hazırlanıb. Beləliklə, sifarişçilər ikitərəfli xeyir alırlar”, - Leonid İvaşov bildirib.

Onun sözlərinə görə, ABŞ-da hazırlanan əməliyyata İsrail xüsusi xidmət orqanlarının da cəlb edilməsi ehtimalı böyükdür: “Biz görürük ki, bu gün Avropa müxtəlif səbəblərdən İsrailə qarşı dayanır. ABŞ və onun müttəfiqi İsrailin Yaxın Şərqdə hərəkətləri Avropaya qaçqınların axınını yönəldir. Buna görə də avropalılar ABŞ və İsraildən narazıdır. Fələstinin müstəqil dövlət kimi tanınması isə ABŞ və İsrailə zərbədir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm