Kim Çen İn ad günü ilə bağlı təlimat verdi
Bizi izləyin

Dünya

Kim Çen İn ad günü ilə bağlı təlimat verdi

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İn bu gün 32-ci ad gününü qeyd edir.

Publika.az-ın “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı təntənəli ad günü mərasimlərindən imtina edib.

Ölkədə heç bir tədbir planlaşdırılmayıb. Şimali Koreya liderinin doğum tarixi məxfiləşdirilmişdi. Onun təxmini doğum tarixi düz bir il əvvəl məlum olub. Həmin vaxt Şimali Koreyada basketbol meydançasında NBA-nın ulduzu Dennis Rodman mikrofonda Koreya Xalq Demokratik Respublikasının rəhbəri üçün “Happy Birthday” mahnısı ifa edib. KİV hesab edir ki, bu gün Şimali Koreya liderinin doğum tarixidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm