Kiyev Donbasdakı rus hərbçilərinin sayını açıqladı
Bizi izləyin

Dünya

Kiyev Donbasdakı rus hərbçilərinin sayını açıqladı

Ukraynanın Donbas hövzəsində 7500 Rusiya hərbçisi vuruşur.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın müdafiə naziri Stepan Poltorak mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Donetsk və Luqansk vilayətlərində Rusiya hərbi qulluqçularının mütəmadi yerdəyişməsi baş verir. S.Poltorak canlı qüvvə və hərbi texnikanın həm çıxarıldığını, həm də gətirildiyini bildirb.

Ukrayna, həmçinin Qərb Donbas hövsəzində Rusiyanın minlərlə hərbçisinin olduğu barədə tez-tez bəyanatlar verir. Hətta bəzi iddialara görə, Rusiya xeyli hərbçisini Ukraynadan geri çəksə də, ölkənin şərqində qalan rus hərbçilərinin sayı 10 mindən yuxarıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm