Merkel Putin qarşısında şərt qoydu
Bizi izləyin

Dünya

Merkel Putin qarşısında şərt qoydu

Almaniya kansleri Angela Merkel Ukraynanın baş naziri Arseniy Yasenyuk ilə Berlində görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi üçün şərti açıqlayıb.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, kansler sanksiyaların qəbul olunmasına gətirib çıxaran səbəbin aradan qaldırılması olduğunu bildirib.

“"Sanksiyalar yalnız o halda ləğv olunacaq ki, onların səbəbi aradan qaldırılacaq. Bu səbəb Krımın zəbt edilməsidir", - Angela Merkel deyib.

Kansler əlavə edib ki, hazırda onda Rusiyanın bu səbəbi qaldıracağına ümid azdır. Merkel Ukraynanın baş naziri ilə görüşdə Ukraynada keçirilməli olan iqtisadi islahatları müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, Almaniya islahatların keçirilməsində Ukrayna hökumətinə dəstək verməyə hazırdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm