“İslamofobiya”nın yerini bu anlayış tutacaq – Şok iddia
Bizi izləyin

Dünya

“İslamofobiya”nın yerini bu anlayış tutacaq – Şok iddia

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Mətin Külüng Fransanın paytaxtı Parisdə həyata keçirilən terror aktı və islamofobiya təhlükəsini şərh edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, millət vəkili Qərbin yeni bir anlayış kimi “İslamabarbarya” ifadəsindən istifadə etmək istədiyini bildirib.

“Əgər 11 sentyabr hücumlarından əvvəl belə bir araşdırma aparılsaydı, bu nəticənin ortaya çıxması mümkün deyildi. 11 sentyabr hücumları ilə “islamofobiya” anlayışını insanların qarşısına qoyaraq terrorla islamı eyniləşdirdilər. İndiki mərhələdə “islamofobiya” anlayışı onlar üçün artıq öz funksiyasını icra etdiyi üçün yeni bir anlayışı insanların qarşısına qoyacaqlar. Bu anlayış isə “İslamaBarbarya” olacaq”, - türkiyəli millət vəkili vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm