Boko Haram Nigeriyada qətliam törətdi: 2000 ölü - VİDEO
Bizi izləyin

Dünya

Boko Haram Nigeriyada qətliam törətdi: 2000 ölü - VİDEO

Boko Haram terror təşkilatı Nigeriyada hərbi bazanı ələ keçirdikdən sonra Baqa qəsəbəsində ən azı iki min nəfəri qətlə yetirib.

Publika.az-ın məlumatına görə, bu barədə BBC telekanalı məlumat yayıb. Məlumata görə, hərbi bazanı ələ keçirdikdən sonra qəsəbəyə hücum edən silahlılar bütün qəsəbəni yandırıb yerlə yeksan ediblər.

Nigeriyanın yüksək rütbəli zabitlərindən Musa Alhaji Bukar deyib ki, qəsəbənin 10 min sakini olub. Amma hazırda orada cəsədlərdən başqa bir canlıya rast gəlmək olmur.

Qəsəbədən qaçanlar öldürülən yaxınlarını dəfn etməyəy imkan tapmadıqlarını, meyitləri küçələrdə qoyaraq qaçdıqlarını bildiriblər.

Reuters isə Baqada ən azı 100 nəfərin öldürüldüyünü açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm