“Müsahibə” filmi 31 milyon dollar gəlir gətirib
Bizi izləyin

Dünya

“Müsahibə” filmi 31 milyon dollar gəlir gətirib

“Sony Pictures Entertainment”in Microsoft, Google və Apple və Amazonun dəstəyi ilə nümayiş olunan “Müshibə“ filminin (The Interview) onlayn kanallardan əldə etdiyi gəlir 31 milyon dolları keçib.

Publika.az-ın mlumatına görə, Sony şirkəti bildirib ki, “Müsahibə” şirkət üçün bütün zamanların ən müvəffəqiyyətli onlayn filmi oldu. Filmin kino salonlarındakı gəliri isə 5 milyon dollara çatıb.

Qeyd edək ki, film Şimali Koreya lideri haqqında uydurulmuş sui-qəsddən bəhs edir. Filmin nümayişinin qarşısını almaq üçün Soniyə haker hücumu edilmişdi. Şirkətət məxsus bir çox sənədlər hücum zamanı ələ keçirilib. ABŞ bu hücuma görə, Şimali Koreyanı ittiham etsə də, qarşı tərəf iddiaları rədd edir. Hətta Amerika buna görə, Şimali Koreyaya yeni sanksiyalar da tətbiq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm