Eyfel qülləsinin işıqları söndürüldü – VİDEO
Bizi izləyin

Dünya

Eyfel qülləsinin işıqları söndürüldü – VİDEO

Fransadakı terrorla əlaqədar olaraq ötən gecə Parisin ayrı-ayrı meydanlarında anım mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, minlərlə insan əllərində “hamımız “Şarl”ıq” şüarları ilə meydanlara axışıblar. Terror qurbanlarının xatirəsinə şamlar yandırılıb.

Yerli vaxtla gecə saat 23:00 radələrində isə Fransanın rəmzi sayılan Eyfel qülləsinin işıqları 10 dəqiqəlik söndürülüb.

Qeyd edək ki, ardıcıl olaraq Məhəmməd Peyğəmbərin karikaturasını dərc etdiyinə görə, Fransa vətəndaşları “Şarl Hebdo” jurnalının redaksiyasına silahlı basqın edib. Nəticədə 12 nəfər jurnalist öldürülüb, 11 nəfər yaralanıb. Bir çox analitiklər bunun təxribat olduğunu, hətta terror aktının arxasında Rusiya, ABŞ və İsrailin dayandığını idda edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm